Qadin.NET / Bu ölkə paytaxtını köçürür

Bu ölkə paytaxtını köçürür

 

 

Dünyanın ən qədim mədəniyyətinə sahib olan ölkələrindən biri paytaxtını köçürür. ANS PRESS-in məlumatına görə, Misir Qahirədən kənarda yeni şəhərin inşaat işlərinə başlayır. Yeni şəhərdə ölkənin idarəetmə qurumları və iş mərkəzləri birləşəcək. 
Artıq ölkə rəhbərliyi yeni paytaxtın planlarını nümayiş etdirib. Yeni şəhər Qahirə ilə Qırmızı dəniz arasında inşa ediləcək. Layihəyə görə, yeni şəhərdə 5 milyondan artın insan məskunlaşacaq. 1,75 milyon insana yeni iş imkanı yaranacaq. Şəhər 700 kilometrlik bir sahədə salınacaq. 
Hələ adı açıqlamayan yeni şəhər vasitəsilə əhəmiyyətli dəniz limanları arasında bağlantı yaradılacaq. 
Bu yenilik sayəsində Misirin ağıllı bir infrastruktur sistemlə təhciz edilən şəhərin inşaasını planlaşdırdığı, bu sayədədə iqtisadi gücünü artırmağı düşündüyü deyilir. 
Layihənin ortaqlarından biri də, dünyanın ən hündür göydələnini - Dubaydakı Burc Əl Ərəb-in sarmayəçilərindən olan Muhammed Alabbardır. 

Mənbə:ANS PRESS

14 mart 2015
GO BACK