Milyonlarla canlının yaşadığı okeanlarda hələ də elmə məlum olmayan çoxlu sayda canlı var. Elm adamlarının bir il müddətində apardığı araşdırmalar nəticəsində, okeanların dərinliklərində elmə məlum olmayan, kəşf edilməmiş 1500 dəniz canlısı ortaya çıxarılıb.
Dəniz parazitləri haqqında araşdırmalar aparan Belçikanın “World Register of Marine Species (Worms)” verdiyi məlumata görə, bu günə qədər okean və dənizlərin dibində yaşayan 228 min 450 dəniz canlısı kəşf olunub. “Worms”ın rəhbəri Jan Mis isə bir çox dəniz canlısının çirklilik və ya iqlim dəyişikliyi səbəbi ilə kəşf olunmadan məhv olunduğunu bildirib. 2014-cü ildə kəşf edilən ən yeni dəniz canlıları isə bunlardır: avstraliyalı donqar delfin, 139 növü olan dəniz süngəri, Cənubi Afrika kreveti və Avstraliya sahillərində tapılan nəhəng, zəhərli dəniz anası. “Worms”un 2008-ci ildən başlatdığı bu araşdırmalar nəticəsində 122-si köpəkbalığı və skat olmaqla ümümilikdə 18 min yeni balıq növü tapılıb. Hind okeanını Sakit və Atlantik okeanlarına nisbətən daha az araşdırıldığını deyən Jann Mis yeni kəşfiyyat işlərinə məhz Hind okeanından başlayacağını bildirib.
Mənbə:Zaman Azərbaycan