Qadin.NET / Sirli sərdabələr tapıldı

Sirli sərdabələr tapıldı

 

Misirin Luksor şəhərinin yaxınlığında fironların dönəmindən qalmış iki sərdabə tapılıb. Ən azı iki min il yaşı olan sərdabələrin divarlarında parlaq, ecazkar freskalar var. 

 

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, eramızdan əvvəl 18-ci əsrə şamil edilən sərdabələr amerikalı arxeoloqların apardıqları qazma işləri zamanı tapılıb.
Sərdabələr Qədim Misirdəki Amon tanrısını vəsf edən freskalarla bəzədilib və onların firon Amenhotep dövründə inşa olunduğu güman olunur.Misir Fiva şəhərinin yaxınlığında, Əl Kurna şəhərinin həndəvərində də qədim sərdabələr aşkarlanıb.
Misirin tarixi irs naziri Məmduh əl Dəmatinin dediyinə görə, paytaxt Qahirədən 700 km cənubdakı Luksorda aşkarlanmış sərdabələr əsrlər əvvəl qarət olunub.
Mənbə:Milli.Az
14 mart 2015
GO BACK