Qadin.NET / Google sensor ekranlı noutbuk göstərdi

Google sensor ekranlı noutbuk göstərdi

 

Google şirkəti Chromebook Pixel adlı yeni noutbukunu təqdim edib. 

Qurğu sensor ekran, alüminium korpus və böyük tutumlu batareya ilə təchiz edilib ki, bu da 12 saat avtonom iş üçün kifayət edir. 
Milli.Az ICT news-a istinadən bildirir ki, yeni Chromebook müvafiq olaraq 2.2 QHs və 2.4 QHs takt tezlikli Intel Core i5 və Core i7 prosessorları ilə təchiz edilib. Konfiqurasiyadan asılı olaraq, əməli yaddaşın həcmi 8 və ya 16 QB, daxili yaddaş isə 32 və ya 64 QB-dır. 
Həmçinin iki ədəd universal USB Type C portu, Wi-Fi, Bluetooth 4.0 modulları və 720p təsvir ölçülü veb-kamerası var. Noutbuk Chrome OS əməliyyat sisteminin idarəetməsi ilə işləyir. 
Mənbə:Milli.Az
14 mart 2015
GO BACK