2015-ci ilin yanvar-fevral aylarında əhalinin gəlirləri açıqlanıb.
Dövlət Statistika Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, bu ilin yanvar-fevral aylarında əhalinin gəlirləri 2014-cü ilin eyni dövrü ilə müqayisədə 5,0 faiz artaraq 5,9 milyard manat təşkil edib.
Bu göstəricinin hər nəfərə düşən həcmi 618,0 manat və ya ayda orta hesabla 309,0 manat olub.
Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 5,3 milyard manat həcmində və ya əvvəlki ildəkindən 5,3 faiz çox vəsait qalıb.
Mənbə:ANS PRESS