Qadin.NET / Azərbaycan iqtisadiyyatında artım

Azərbaycan iqtisadiyyatında artım

 

 

2015-ci ilin yanvar-fevral aylarında ölkənin ümumi daxili məhsulu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,2 faiz artıb.Dövlət Statistika Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, ÜDM 7,1 milyard manat olub.ÜDM-in 66,6 faizi iqtisadiyyatın qeyri-neft-qaz sahələrində istehsal olunmuş və əvvəlki ilin eyni dövrü ilə müqayidədə 5,1 faiz artımdır. Bu dövrdə ÜDM-in 36,3 faizi sənayedə, 12,0 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində, 10,4 faizi tikintidə, 6,7 faizi nəqliyyat və anbar təsərrüfatında, 3,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində, 3,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda, 2,4 faizi informasiya və rabitə xidmətlərində, 14,9 faizi isə sosial və digər xidmətlər sahəsində istehsal olunub.
Məhsula və idxala xalis vergilər ÜDM-in 10,4 faizini təşkil edib.

Mənbə:ANS PRESS

14 mart 2015
GO BACK