Qarabağ münaqişəsinin son illərdə gərginləşməsi zəncirvari reaksiya verərək Cənubi Qafqazın sərhədlənrindən kənara çıxa bilər.
ANS PRESS-in məlumatına görə, bu barədə Londonda dərc olunan “Financial Times” qəzeti bildirib.
2015-ci ilin yanvar ayında 12 nəfərin ölməsini və 18 nəfərin yaralanmasını xatırladan qəzet bunun 1994-cü ildən bu yana ən yüksək aylıq itki olduğunu bildirib: “Risk getdikcə artır. Toqquşmaların təhlükəsi getdikcə yüksəlir. Bu yalnız snayperlərdən qaynaqlanmır, helikopterlər, artilleriya da dövrəyə girib”.
Son on ildə Azərbaycanın hərbi xərcləri artırdığını və bunun Ermənistan büdcəsindən iki dəfə çox olmasını xatırladan qəzet Ermənistanın 1992-94-cü illərdə işğal etdiyi əraziləri geri verməmək üçün Rusiyaya güvəndiyini bildirir.
“Amma bu məsələdə Rusiyanın özünü necə aparacağı aydın deyil. Çünki Azərbaycan hücuma başlasa, Ermənistanın beynəlxalq qəbul edilmiş sərhədlərini keçməyəcək”,- deyə məqalədə vurğulanır.
Mənbə:ANS PRESS