Qadin.NET / Putinin islama keçməsi düz çıxdı

Putinin islama keçməsi düz çıxdı

 

 

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov prezident Vladimir Putinin İslamı qəbul etməsi haqqında xəbəri təsdiqləyib. ANS PRESS-in məlumatına görə, Peskov xəbəri təsdiqləyərək bildirib ki, həqiqətən, belə bir qərar qəbul edilib. Çeçenistanın lideri Ramzan Kadırov da öz tvitter səhifəsində heç vaxt bu qədər xoşbəxt olmadığını yazıb və ümid etdiyini bildirib ki, "tezliklə Vladimir Putin bütün kafirlərə və münafiqlərə qarşı cihad elan edəcək". Bu xəbəri Rusiyanın xarici İşlər naziri Sergey Lavrov da təsdiqləyib. O bildirib ki, tezliklə Rusiyaya müsəlman dövlətlərindən nümayəndə heyəti gələcək. 
Rusiyalı politoloq Sergey Makarov isə bu bu xəbəri şərh edərək deyib ki, Putinin bu qərarı geosiyasi vəziyyətlə əlaqədardır. "Bizim prezident hər şeydən əvvəl Rusiyanı fikirləşir. Biz qərbin liberal pozğunluğunun əhatəsində qalmayaq deyə bizə güclü tərəfdaşlar lazımdır. İslam ölkələri də etibarlı tərəfdaş ola bilərlər. Onsuz da, Allah birdir", - deyə politoloq əlavə edib.

Mənbə:ANS PRESS

13 mart 2015
GO BACK