Qadin.NET / Riyaziyyat bəyi şoka saldı

Riyaziyyat bəyi şoka saldı

 

 

Hindistanda toy zamanı zarafat kimi hadisə yaşanıb. Anspress-in məlumatına görə, gəlin toyun ortasında bəyi tərk edib. Buna səbəb isə bəyin sadə bir toplama əməlini yerinə yetirə bilməməsi olub. Bundan sonra qız elə nikah masasındaca bəyi qoyaraq ayağa qalxıb və gedib. 
Gəlin toy zamanı bəyə sadə sual verib: "15-in üstünə 6 gələndə neçə edir?" Bəyin "17" cavabını eşidən gəlin ərə getmək fikrindən daşınıb. Bəyin ailəsi qızı qaytarmağa çalışsa da bu onlarda alınmayıb. O, gələcək ərinin təhsili ilə bağlı onu aldatdığını deyib. Polisin köməyi ilə ailələrin toydan öncə bir-birinə verdikləri hədiyyələri də geri qaytarıblar. 
Qeyd edək ki, bənzər hadisə bir müddət öncə də yaşanmışdı. Toyda ürəyi gedən bəyi bağışlamayan gəlin onu mərasimdəki qonaqlardan biri ilə əvəz edib. Buna əsas olaraq isə bəyin sağlamlıqla bağlı problemini gizlətdiyini göstərib.

 Mənbə:Milli.Az

13 mart 2015
GO BACK