Azərbaycanda istehlakçının icazəsi olmadan ona reklam SMS-ləri göndərən şirkətlərlə bağlı müvafiq tədbirlər görüləcək. Trend-in məlumatına görə, bunu jurnalistlərə İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi Zahid İsayevbildirib.
Z. İsayev deyib ki, istehlakçıların mobil nömrələrinə gələn SMS-lər üç qrupa aiddir: "Birincisi, istehlakçının tanıdığı tərəfdən gələn SMS-dir. İkincisi, istehlakçılar müxtəlif obyektlərdə alış-veriş edərkən öz mobil nömrələri barədə məlumatları saxlayırlar. Həmin obyektlərdə mövcud olan nömrələrdən gələn SMS-lərdir ki, bunun da dayandırılmasının qarşısını ala bilmirlər. Üçüncüsü, istehlakçıya xəbərdarlıq edilmədən göndərilən SMS-lərdir. Hazırda bu tip SMS-lərin qarşısının alınması məqsədi ilə qanunvericilikdə müvafiq dəyişiklərin edilməsi ilə bağlı təkliflər hazırlanıb".
Mənbə:Milli.Az