Qadin.NET / Sabah 18 dərəcə isti olacaq

Sabah 18 dərəcə isti olacaq

 

 

Martın 14-də Azərbaycanda mülayim hava müşahidə olunacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, martın 14-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, arabir güclənən şimal-qərb küləyi əsəcək.
Bakıda və Abşeron yarımadasında martın 14-də havanın temperaturu gecə 3-5, gündüz 8-13 dərəcə isti olacaq.
Azərbaycan rayonlarında da hava gecə əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq. Gecə və axşam əsasən şimal və qərb rayonlarında yağıntı olacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək.
Aran rayonlarında havanın temperaturu gecə 0-5, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12, bəzi yerlərdə 15 dərəcə isti olacaq.

Mənbə:ANS PRESS

13 mart 2015
GO BACK