Qadin.NET / Ermənistan güzgüyə baxsın

Ermənistan güzgüyə baxsın

 

 

"Cənubi Qafqazdakıl bütün problemlərin mərkəzində Ermənistan dayanır". ANS PRESS-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Nazir Çavuşoğlu Ermənistanın 2015-ci illə bağlı hökumətləri və parlamentlərə təsir etməyə çalışdıqlarını deyib. Onun sözlərinə görə, Türkiyə dostluğun qurulması üçün əlini uzatsa da bu əl çirkin şəkildə geri qaytarılır. 
"Bütün qonşuları ilə problemi olan ölkə çevrilib güzgüyə baxmalıdır". 
O Türkiyə bütün qeyri-müsəlmanlara olduğu kimi ermənilərə aid daşınmaz əmlakları geri verdiyini, kilsələrin təmir edildiyini xatırladıb. Nazir bütün bunlara baxmayaraq Ermənistanın populist yanaşma nümayişinə davam etdiyini deyib. 
Çavuşoğlu aprelin 24-də Çanaqqala zəfərinin anma tədbirində bütün dünyaya sülk mesajı veriləcəyini də deyib. O, qondarma soyqırımla bağlı hər il aprel ayının 24-də ABŞ prezidenti Barak Obamanın etdiyi çıxışlara toxunub. "Obamanın daha öncəkilərə bənzər açıqlama verəcəyini düşünürük". Nazir bunun ziddində olan açıqlamaların münasibətlərə zərə verəcəyii vurğulayıb.

Mənbə:ANS PRESS

13 mart 2015
GO BACK