Qadin.NET / Bakı Avtovağzalında qiymətlər aşağı salındı

Bakı Avtovağzalında qiymətlər aşağı salındı

 

Bakı Beynəlxalq Avtovağzalında qiymət dəyişikliyi müşahidə olunub

Milli.Az-a daxil olan məlumata görə, Bakı Avtovağzalında gediş haqlarında qiymət dəyişikliyi olub. Verilən məlumata görə, bu dəfə qiymətlərdə endirim müşahidə olunub. 
Xəbəri dəqiqləşdirmək üçün Bakı Beynəlxalq Avtovağzalının məlumat şöbəsi ilə əlaqə saxladıq. 
Məlumat şöbəsindən xəbərin doğru olduğunu bildirdilər. Avtovağzaldan Milli.Az-a verilən məlumata görə, mart ayının birindən əsasən Bakı-Təbriz avtobuslarında qiymət dəyişikliyi olub. 
Əvvəllər 30 manat olan gediş haqqı indi 20-25 manat arası dəyişir. Səbəb isə sərnişin axınının azalmasıdır. 
Qeyd edək ki, ötən gün Azərbaycan Hava Yolları (AZAL) da uçuşların qiymətini aşağı salıb. 

Mənbə:Milli.Az

 

13 mart 2015
GO BACK