Qadin.NET / 1 milyon dollarlıq qılınc

1 milyon dollarlıq qılınc

 

 

Osmanlı tarixinin ən görkəmli hökmüdarlarından olan Fateh Sultan Mehmetin məşhur qılıncı ortaya çıxdı. Daha doğrusu qılıncın oxşarı.
ANS PRESS-in məlumatına görə, İstanbulda 39-cu "İstanbul Jewelry Show" qızıl sərgisi qapılarını açıb.
Sərginin ən dəyərli nümunələrindən biri də xüsusi olaraq hazırlanan və tamamilə qızıldan ibarət olan qılıncdır. 8 kq qızıldan hazırlanan qılınc Sultan Mehmetin orjinal qılıncı ilə demək olar ki, eynidir. Onun üzərində yazılan ayələr belə eynidir. 
Qılıncın uzunluğu 125 sm-dir. Onun dəyəri isə 1 milyon dollardır. Bu bahalı əşyanı "2014 Best Model Of Turkey" yarışmasının qalibi olan aktyor Caner Tanrıverdi nümayiş etdirib. Bu bahalı silahın üzərində bir necə usta 4 həftə boyunca işləyib. 

Mənbə:ANS PRESS

13 mart 2015
GO BACK