Qadin.NET / Dieqo Forlan milliyə vida etdi

Dieqo Forlan milliyə vida etdi

 

 

Təcrübəli futbolçu Dieqo Forlan milliyə vida edib.
ANS PRESS-in məlumatına görə, 36 yaşındakı ulduz Uruqvay yığmasına vida etdiyini özü açıqlayıb.

 Forlan 112 dəfə formasını geydiyi Uruqvay millisində 36 qol vurub. Forvard mövqeyində oynayan uruqvaylı ulduz Luis Suaresdən sonra yığmada ən çox qol vuran 2-ci futbolçusudur. 
Karyerasını Yaponiya klubu "Cerezo Osaka"da davam etdirən Forlan öz rəsmi saytında verdiyi açıqlamada sözlərinə belə davam edib:
"Xəyal etdiyimdən çox daha çox uzun illər milli formanı geydim. Bu, çox çətin bir qərardır. Ancaq indi millini buraxmaq üçün doğru zamandır. Gələcəkdə çox əhəmiyyətli turnirlər olacaq. Yeni nəslin önünü açmaq lazımdır".

Mənbə:ANS PRESS

13 mart 2015
GO BACK