Qadin.NET / Əsgərlər intihar edə bilməyəcək

Əsgərlər intihar edə bilməyəcək

 

 

Türkiyədə sön dövrlərdə ard-arda yaşanan əsgər intiharları və şübhəli ölüm hallarının qarşısını almaq məqsədilə mexanizm hazırlanıb.
ANS PRESS-in məlumatına görə, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı əsgərin özünə avtomat silahdan atəş açmasını əngəlləyən yeni tətik mexanizminə əsasən kazarma növbətçisi olan əsgərin istifadə etdiyi silahların tətik hissəsi xüsusi qurğu ilə bağlanıb. 
İntihara cəhd etmək istəyən əsgər tətiyi özünə tərəf tuşlayıb çəkmək istədikdə qurğu işə düşür.
Yeni hazırlanmış mexanizm sayəsində artıq əsgərlər tətiyi başına və ya çənəsinin altına dayayaraq intihar edə bilməyəcəklər.

Mənbə:ANS PRESS

13 mart 2015
GO BACK