Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Lifenews telekanalının Vladimir Putinin İslamı qəbul etməsi barədə yaydığı məlumatı təsdiq edib.
ANS PRESS-in məlumatına görə, bu barədə Rusiyanın "İnterfaks" agentliyi bildirir. Peskovun sözlərinə görə, həqiqətən belə bir qərar qəbul edilib. "Vladimir Vladimiroviç hər şey barədə mənə danışmayıb. Amma mən onu çoxdan tanıyıram. O, spontan çıxışlara meylli deyil. Yəqin ki, söhbət nəsə substantiv məsələdən gedir. Mən özüm də maraqlanıram. Hazırda Quran oxuyuram", - deyə Peskov vurğulayır.
Çeçenistan prezidenti Ramzan Kadırov isə bununla bağlı "Tvitter"də yazıb ki, heç vaxt belə xoşbəxt olmayıb və ümid etdiyini bildirib ki, tezliklə "Vladimir Vladimiroviç kafirlərə və münafiqlərə qarşı cihad elan edəcək".
Qeyd edək ki, Rusiya hakimiyyət dairələrinə yaxın adamların İslamı qəbul etməsi barədə söhbətlər çoxdan gündəmdədir. Məsələn, Rusiya prezidentinin müşaviri Mixail Şevçenko bir-iki il qabaq Şimali Qafqaza səfər edərək müsəlmanlarla görüşüb və möminləri İslam bayrağı ətrafında birləşməyə çağırmışdı. Görüş zamanı o, tez-tez salavat çevirirdi.
Mənbə:ANS PRESS