Qadin.NET / Çeçen yazıçı "Avatar"ın yaradıcılarından milyard dollar təzminat tələb edir

Çeçen yazıçı "Avatar"ın yaradıcılarından milyard dollar təzminat tələb edir

 

 

Çeçen yazıcı Ruslan Zəkiyev "Avatar" filminin müəllifi Ceyms Kemeronu plagiatlıqda ittiham edir. Onun sözlərinə görə, Kemeron onun 1996-cı ildə yazdığı "Gizli silah" romanını oğurlayıb öz adına çxarıb. 
"Mən tələb edirəm ki, Kemeron "Avatar" filmindən qazandığı 3 milyardın 1-ni mənə versin. Kinostudiya yaradıb film çəkmək istəyirəm. Çoxlu işlərim var, ancaq kinostudiyam yoxdur", - o əlavə edib. 
"Gizli silah" romanı Çeçenistanın yazıçılar birliyi tərəfindən öyrənilib və məlum olub ki, "Avatar" filmindəki bəzi səhnələr romandakı ilə identikdir. 
Hazırda Zəkiyev və vəkili məhkəmə üçün material toplayırlar. 
Yazıçıya cavab yazan rejissor isə bildirib ki, film üzərində işinə 1994-cü ildən başlayıb. Ancaq texniki imkanlar olmadığı üçün 10 il müddətinə filmin çəkilişi təxirə salınıb. 
Kemeron qeyd edib ki, Zəkiyev onu ittiham edənlərin "növbəsinə durmalıdır". Çünki belə ittihamlar çoxdur. 

Kemeronun cavabı isə yazıçını razı salmayıb. O hesab edir ki, əgər Kemeron məktuba cavab veribsə, deməli, gizlətdiyi bir şeylər var.

Mənbə:Milli.Az

13 mart 2015
GO BACK