Qadin.NET / Milli Azərbaycan Tarixi Muzeyində yeni eksponat

Milli Azərbaycan Tarixi Muzeyində yeni eksponat

 

 

Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyinə tunc üzükdən ibarət yeni tapıntı təqdim olunub.
Muzeydən Trend-ə verilən məlumata görə, üzük Tərtər rayonunun Qızıloba kəndində təsadüfən tapılıb. Üzük en kəsiyi rombvari olan halqadan və yarpaqşəkilli yastı qaşdan ibarətdir. Qaşın üzərinə isə mərkəzində nöqtə olan yeddi ədəd dairə zərb edilib. Onun diametri 18, uzunluğu 21 mm-dir.
Muzeyin Arxeologiya fondunun müdiri, tarix üzrə fəlsəfə doktoru Nasir Quluzadə sözügedən tapıntının XVII-XIX əsrlərə aid edildiyini bildirib. Üzük təmsil etdiyi dövrün məişətinin və metalişləmə sənətinin öyrənilməsi baxımından əhəmiyyətlidir.

Mənbə:Milli.Az

13 mart 2015
GO BACK