Novruz bayramı ərəfəsində Bakıda təşkil olunacaq kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının ünvanları açıqlanıb.
Kənd Təsərrüfatı Nazirliyindən APA-ya verilən məlumata görə, Novruz bayramı ilə əlaqədar Bakı şəhər əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının və möhtəkirliyin qarşısının alınması məqsədi ilə 14-19 mart 2015-ci il tarixlərində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən paytaxtın aşağıdakı rayonlarında və ünvanlarında kənd təsərrüfatı məhsullarının satış yarmarkaları keçiriləcək:
Xətai rayonu (2 ünvanda):
Ukrayna dairəsinin yanı; "Bakı" kinoteatrının yanı;
Nəsimi rayonu:
- S.Vurğun küçəsi 73, Təzə Bazarın ərazisi;
Yasamal rayonu:
- Akim Abbasov küçəsi, İran klinikasının yanı;
Nərimanov rayonu
- "Gənclik" metrosunun yanı;
Səbail rayonu:
- Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi 1, məktəbin yanı;
Suraxanı rayonu (2 ünvanda):
- Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev 2, “Vətən Şəhidləri Unudulmur” abidələr kompleksinin və hərbi hissənin yanı; Əmircan qəsəbəsi, S. Bəhlulzadə küçəsi 12;
Binəqədi rayonu
- Dərnəgül, Koroğlu Rəhimov küçəsi 53, Elit ticarət mərkəzinin yaxınlığı;
Bayram günlərində Bakı şəhərinin digər yerlərində də yarmarkaların keçirilməsi nəzərdə tutulub. Bu barədə əlavə məlumat veriləcək.
Mənbə:Milli.Az