Qadin.NET / Sensasiya: bu planeti nüvə müharibəsi məhv etdi?

Sensasiya: bu planeti nüvə müharibəsi məhv etdi?

 

"Mars planetində həyatın yadplanetli sivilizasiyanın hücumları və kütləvi qırğın silahları tətbiq etməsi nəticəsində məhv olduğunu düşünürük". 

 

Məşhur amerikalı alim, fizika professoru, plazma hissəcikləri üzrə mütəxəssis, ABŞ-ın Hərbi-Hava və Kosmik Komandanlığının sabiq əməkdaşı Con Brandenburq belə deyir. O, apardığı araşdırmanın nəticələrinə əsaslandığını bildirib.
Milli.Az Space-ə istinadən bildirir ki, C.Brandenburq Mars səthində ən azı iki böyük nüvə partlayışının izlərini aşkarladığını söyləyib.
"Marsın yadplanetlilərin hücuma məruz qalmasını bu planetin səthinin yanıb qızarması da göstərir. Marsdakı nəhəng nüvə partlayışları nəticəsində planetin iki hissəsində - Sidoniya və Utopiyada qədim məskənlər məhv oldu.
Bu partlayışlar yadplanetli sivilizasiyanın hücumlarının nəticəsidir", - alim bildirib.
ABŞ-ın Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) Marsa yolladığı aparatlar da bu planetin atmosferində ksenon-129 izotoplarının miqdarının yüksək olduğunu aşkarlayıb.
Yer planetində Xirosima və Naqasaki şəhərlərinin nüvə bombardmanı, habelə Çernobıl və Fukusima atom-elektrik stansiyalarındakı qəzalardan sonra atmosferdə ksenon-129 izotopunun miqdarı eynən belə olmuşdu.
NASA-nın Curiosty aparatının Mars səthində apardığı çəkilişlərdən birində planetdəki 4 min kilometrlik Mariner kanyonunda nəhəng nüvə partlayışının qalıqlarına bənzəyən izlər qeydə alınıb.
Bu izləri Hindistan Kosmik Tədqiqatlar Agentliyinin teleskopları da müşahidə ediblər.
Mənbə:Milli.Az
13 mart 2015
GO BACK