Milli.Az xəbər verir ki, paytaxtın Yasamal rayonu Ələsgər Ələkbərov küçəsində iri gövdəli çinar ağacı aşıb.
Üç gün əvvəl güclü küləyin nəticəsində kökündən çıxan ağac 9-mərtəbəli binanın üstünə aşıb, eyvanları uçurub. Sakinlər bildirirlər ki, hadisə barədə lazımi qurumlara məlumat çatdırıblar.
Hadisə yerinə baxış keçirilib, ancaq heç bir dəyişiklik yoxdur, ağac olduğu kimi qalmaqdadır.
Milli.Az ağacın aşması ilə bağlı Yaşıllaşdırma Təsərrüfatı Birliyi ilə əlaqə saxlasa da problemə baxan şəxslərin heç biri yerində olmadığından başqa vaxt zəng vurmağı xahiş etdilər.
Mənbə:Milli.Az