
Küçə itləri onların "məkan"ına kobud "müdaxilə" etmiş insandan qisas almaq üçün avtomobilə hücum ediblər.
Həmin avtomobilin sahibi maşından düşəndə yaxınlıqdakı köpəyə təpik vuraraq onu qovmaq istəyib.
İt bunu cavabsız qoymayıb və maşın sahibi gedəndən sonra avtomobilə hücum çəkib. Həmin itə başqa köpəklər də qoşulublar.
Milli.Az AsiaOne-a istinadən bildirir ki, olay Çinin mərkəzindəki Çunsin şəhərində yaşanıb.
Baş verənləri həmin anlarda gəmirilən avtomobilin yaxınlığındakı maşının sahibi smartfonla çəkib.
Mənbə:Milli.Az