Qadin.NET / Ağ evdə Novruz şənliyi

Ağ evdə Novruz şənliyi

 

 

ABŞ-ın birinci xanımı Mişel Obamanın təşəbbüsü ilə Ağ evdə Novruz bayramı münasibəti ilə şənlik keçirilib. Bu barədə Trend Türkiyənin Anadolu agentliyinə istinadən məlumat verir.
Agentliyin məlumatına əsasən, şənlikdə Novruz bayramını qeyd edən ölkə vətəndaşları və əcnəbilər iştirak ediblər.
Tədbirdə Novruz bayramının mahiyyəti izah edilib.
Novruz şənliyində çıxış edən ABŞ-ın birinci xanımı Ağ evdə bir sıra bayramların keçirildiyini bildirərək bundan sonra Novruz bayramının da mütəmadi olaraq qeyd olunmasını istədiyini deyib.

Mənbə:Milli.Az

13 mart 2015
GO BACK