İtaliyadakı bu kiçik kəndə aparan yolları qar örtüb. Daha doğrusu, kəndə ölkə tarixində rekord həcmdə qar yağıb.
Kaprakotta kəndinə cəmi 18 saat ərzində 254 sm qalınlığa çatan qar yağıb.
Bu isə sutka ərzində qar yağıntısı qalınlığı ilə bağlı dünya rekordudur.
Milli.Az European-a istinadən bildirir ki, İtaliyanın paytaxtı Romadan şərqdə, 3 saatlıq məsafədə yerləşən Kaprakottada cəmi 1000 nəfər yaşayır.
Beləcə, Kaprakottadakı qar yeni dünya rekordudur.
İndiyədək rekord 1921-ci ildə ABŞ-ın Kolorado ştatındakı Silver Leyk şəhərinə 23 saat ərzində 193 sm qalınlığında qar yağmasıdır.
Kaprakotta sakinləri küçəyə çıxmaq üçün evlərin ikinci mərtəbəsindəki pəncərələrdən aşağı düşməli olublar.
Kəndin meri Antonio Monako küçələrin xüsusi texnika vasitəsilə qardan təmizlənməyə başlandığını deyib.
Mənbə:Milli.Az