Qadin.NET / Dünyanın ən reytinqli universitetləri

Dünyanın ən reytinqli universitetləri

 

Dünyanın ən reytinqli universitetləri

Dünyanın ən nüfuzlu universitetlərinin siyahısı açıqlanıb.ANS PRESS-in məlumatına görə, universitetlərin reytinq siyahısını Britaniyanın "Times Higher Education" jurnalı hazırlayıb. Siyahı 142 ölkədən 10 min 500 professor arasında keçirilən sorğu əsasında tərtib edilib. Sorğunun əsas tələblərindən biri də pedaqoqun universitetdə ən az 15 il iş təcrübəsinin olması olub.
Ən reytinqli universitetlərin siyahısına Amerikanın Harvard Universiteti başçılıq edir. İkinci və üçüncü yerləri isə müvafiq olaraq Böyük Britaniyanın Kembric və Oksford universitetləri bölüşür. Rusiyanın Moskva Dövlət Universiteti isə 25-ci yerdədir. Asiya universitetləri arasında ən reytinqli ali təhsil ocağı isə 12-ci yerdə qərarlaşan Tokio Universitetidir. 
Qeyd edək ki, siyahıda ən çox universitetinin adı çəkilən ölkə ABŞ olub. Bu ölkənin 43 universiteti ən nüfuzlu 100 universitet içərisindədir.

 

Mənbə: ANS PRESS
12 mart 2015
GO BACK