Qadin.NET / İmtahan apreldə olacaq

İmtahan apreldə olacaq

 

İmtahan apreldə olacaq

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ikinci sınaq imtahanının vaxtını açıqlayıb.ANS PRESS-in TQDK-nın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, abituriyentlər üçün ikinci sınaq imtahanı aprelin 12-də olacaq. Həmin imtahanda iştirak etmək abituriyentlər martın 17-dən etibarən qeydiyyatdan keçməlidirlər. 
Qeyd edək ki, sınaq imtahanlarına yazılış yalnız internet vasitəsilə şəxsiyyət vəsiqəsindən və TQDK-nın ödəmə kartından istifadə etməklə aparılır. Ödəmə kartını internet ödəmə vasitəsilə və ya bütün mobil operatorlardan 7735 nömrəsinə boş sms göndərməklə əldə etmək olar.

 

Mənbə: ANS PRESS

12 mart 2015
GO BACK