Avropa İttifaqına üzv olan ölkələrin vahid valyutası olan avro ABŞ dollarına nisbətdə yanvar ayından indiyədək 12 faiz ucuzlaşıb.ANS PRESS-in məlumatına görə, ötən gün avronun fasiləsiz ucuzlaşması davam etsə də, avro bu gün də başqa valyutalara nisbətdə daha da ucuzlaşıb. Hazırda 1 avro 1, 05 dollara bərabərdir. Dollar başqa valyutalara nisbətdə də son 12 ildə ən yüksək qiymətinə qalxıb.
Ekspertlərin fikrincə, avronun dollara nisbətdə ucuzlaşması Amerikanın əmək bazarında yaranacaq dirçəlişlə bağlıdır. Proqnozlara görə, Amerika Mərkəzi Bankı faizləri qaldırmağa hazırlaşır.
Mənbə: ANS PRESS