Kapitan rütbəli müğənni Cahangir Qurbanova "Azərbaycan respublikasının əməkdar artisti" fəxri adı verib.
ANS PRESS-in məlumatına görə, prezident İlham Əliyevin 11 martda imzaladığı Sərəncamda bildirilir: "Azərbaycanda musiqi sənətinin inkişafındakı xidmətlərinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında uzun müddət səmərəli fəaliyyət göstərdiyinə görə kapitan Cahangir Qafar oğlu Qurbanova “Əməkdar artist” fəxri adı verilsin".
Fəxri ad alan ifaçı onu bu ada təqdim edənlərə təşəkkür etdi: "Məni bu yüksək fəxri adla təltif etdiyinə görə cənab Ali Baş komandana minnətdarlığımı bildirirəm. Hər zaman xidmətimdə və sənətdə bu ada layiq olacağıma söz verirəm və Azərbaycan respublikasına xidmət edirəm deyirəm. Və təbii ki, məni bu ada təqdim edən daxili işlər naziri cənab Ramil Usubova, daxili işlər nazirinin muavini, daxili qoşunlar komandanı cənab Şahin Məmmədova və daxili qoşunların hərbi orkestr xidmətinin rəisi - baş hərbi dirijor, Azərbaycan respulikasının əməkdar artisti cənab İlqar Novruzova diqqət və qayğılarına görə təşəkkürümü bildirirəm".
Qeyd edək ki, Cahangir Qurbanov Daxili İşlər Nazirliyi Daxili Qoşunların nümunəvi göstərici orkestrinin mahnı və rəqs ansanblının rəisi, Opera və Balet Teatrının solistidir. Cahangir Qurbanovun rütbəsi kapitandır.
Mənbə: ANS PRESS