Qadin.NET / Olimpiya çempionu Bakıya gələcək

Olimpiya çempionu Bakıya gələcək

 

Olimpiya çempionu Bakıya gələcək

Milika Mandik Avropa Oyunlarında iştirak edəcək 79 idmançıdan ibarət Serbiya komandasına daxil edilib.
ANS PRESS-in məlumatına görə, Serbiya Milli Olimpiya Komitəsi Bakı 2015 Avropa Oyunlarında iştirak edəcək 79 idmançının ilkin siyahısını ictimaiyyətə təqdim edib. Bu barədə Bakı 2015 Avropa Oyunlarının rəsmi internet səhifəsi xəbər yayıb.
Medal qazanacağı ümid edilən idmançılardan biri 67 kq çəki dərəcəsi üzrə 2012-ci il London Olimpiya Oyunlarının qalibi Milika Mandikdir.
Serbiyanın boksçulardan ibarət qrupunda Jelena Jelik (60 kq), Lidija Marjanovik (64 kq) və Aleksandr Drenovak (75 kq) yer alıblar.
21 yaşlı idmançı İvana Jandrik Serbiyanın 68 kq çəki dərəcəsində sambo üzrə yarışacaq yeganə qadın idmançısıdır.
Serbiyanın suya tullanma yarışında Mihajlo Kuruk təmsil edəcək, veteran Romana Karan isə Bakı 2015-də qılıncoynatma üzrə gücünü sınayacaq.Komandaya həmçinin dağ velosiped idmanı üzrə 23 yaşlı Jovana Krnoqorak, eləcə də cüdo üzrə 2013 Avropa Çempionatında 90 kq çəki dərəcəsində beşinci yeri tutmuş 23 yaşlı Aleksandr Kukolj daxil edilib

 

Mənbə: ANS PRESS

12 mart 2015
GO BACK