Ermənistanda Bakıda keçiriləcək I Avropa oyunlarında iştrak üçün idmançı tapa bilmirlər.
ANS PRESS-in məlumatına görə, Ermənistan milli Olimpiya komitəsinin iştrak etmə barədə razılıq qərarına baxmayaraq məşqçilər hansı oyunçunu Bakıya göndərəcəklərini bilmirlər.
Yunan-roma güləşçisi Arsen Culfalakyan bildirir ki, millilər öz razılıqlarını veriblər lakin əsas sual ordadır ki, idmançılardan kim ora gedəcək. Çünki qərarı idmançılar özləri verəcək, lakin onların millisində Bakıya gəlmək istəyən idmançı yoxdur.
“Mən konkret öz millimizin adından deyə bilərəm ki, 2 –gün dalabadal milli ilə, belə demək olarsa sorğu keçiririk. 100 faiz idmançı hazırda (bilmirəm bəlkə sonra fikirlərini dəyişərlər), lakin hazırda 100 faiz heç kim bu oyunlarda iştrak istəyini bildirməyib”- deyə idmançı qeyd edir.
2007-ci ildə Bakıda keçirilən dünya çempionatında iştrak edən Culfalakyan təhlükəsizlikdən əmin olduğunu bildirir:
"Öz təcrübəmdən təhlükəsizliyin qorunmasına əminəm, lakin digərləri ilə eyni şəraitdə qalmaq fikrini yaddan çıxarmaq lazımdır. Şəraitin eyni olması barədə nə qədər danışsalar da, sözdə bu ayrıdır, işdə isə ayrı. Mən nəinki belə düşünürəm, mən bunu 2007-ci ildə görmüşəm. Hər şeyi gördüm. Bizi qarşılayərkən gizli qəbul elədilər, avtobusda isə türk bayrağı asmışdılar.Onların sözlərinə görə bu avtobusa hücum olmaması üçündür. Sonra bizi mehmanxanaya apardılar. Ora 2-3 kilometr radiusunda mühasirəyə alınmışd. Bir maşın belə mehmanxanaya yaxınlaşa bilmirdi. Bütün sahilboyu polislərlə bağlnamışdı və hər 15 metrdən bir silahlı əshər dayanmışdı. Mən ədgərlərin nəyə lazım olduğunu soruşduqda, dənizdən hücum olmasın deyə- cavab vermişdilər. İndi özünüz təsəvvür edin, bu o deməkdir ki, təhlükə var. Belə şəritdə isə hazırlaşmaq və qələbə barədə düşünmək mümkün deyil”- deyə Culfalakyan bildirib.
Qeyd edək ki, ermənilərin hakim obyektivliyi barədə narahtlıqları da Beynəlxalq Olimpiya komitəsi tərəfindən cavablanıb və obyektivliyin bütün oyunlarda olduğu kimi erməni iştrakçılarının da oyununda qorunacağı bildirilib.
Lakin ermənilər bu məsələdə də özlərini “göstrəmək”, fərqlənmək, narahtlıq səpmək niyyətlərindən geri çəkilmirlər.
Onu da qeyd edək ki, ermənilərin, Azərbaycan qarşısında heç bir uğura nail olmayacaqlarını bildikləri üçün "udmasaq da iştrak edək" şüarı ilə Bakı oyunlarına qatılacaqları güman olunur.
Mənbə: ANS PRESS