Qadin.NET / Alimlər iPhone-la məlumat toplayacaqlar

Alimlər iPhone-la məlumat toplayacaqlar

 

Apple şirkəti alimlər üçün yeni ResearchKitəlavə proqramını istifadəyə verəcək.Milli.Az ICTnews-a istinadən bildirir ki, bu alət açıq mənbə üzərindən alimlərə iPhone vasitəsilə pasientlərhaqda məlumat yığmaq imkanı verəcək.Bir neçə yüksəksəviyyəli araşdırma institutları ResearchKit platforması ilə işləmək, həmçinin astma, döş xərçəngi, ürək xəstəliyi, diabet və Parkinson xəstəlikləriniöyrənmək üçün və araşdırma aparmaq üçün yeni əlavələr yaradıblar. Bu ali məktəblər arasında Stenford Universitetinin Səhiyyə Məktəbi və WeillCornell Səhiyyə Kollecini qeyd etmək olar.ResearchKit platforması Apple şirkətinin HealthKitproqramı ilə birgə işləyəcək. Belə ki, iPhone vasitəsilə çəki, qan təzyiqi, şəkərin səviyyəsini və astma barəsində məlumat toplamaq, sağlamlıq və fitnessfunksiyalarındanistifadə etmək olar.Proqram tərtibatçılara yeni nəsil araşdırma populyasiyası yaratmağa və adi akademik səhiyyə mərkəzlərinə xas olan məsafə asılılığını aradan götürməyə kömək edəcək.

Mənbə: Milli.Az
12 mart 2015
GO BACK