“Suxoy hücum təyyarələri” elmi istehsalat konserninin prezidenti və Su-25 təyyarəsinin baş konstruktoru Vladimir Babak əmindir ki, Donbas səmasındakı Malayziya “Boinq”ini bu tip təyyarələr vura bilməz.
Milli.Az bildirir ki, Trend-in Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, baş konstruktor bildirib ki, Su-25 “Boinq”ə 3-4 min metr hündürlüyündə hücum edə bilər.
V.Babak əlavə edib ki, təyyarə qeydə alınmış 10,5 min metr yüksəklikdə qarşıya qoyulan vəzifənin öhdəsindən gələ bilməzdi: “Boinq”i vurmaq üçün təyyarəyə ağır raketləri quraşdırmaq lazım idi. “Hava-hava” raketləri yalnız zədələyə bilərdi”.
Mənbə: Milli.Az