Türkiyədə gün batan zaman səmada yaranan görüntü qorxudub. ANS PRESS-in məlumatına görə, qorxudan görüntünün ünvanı Aydın olub. Günəşin batması zamanı yaranan buludlar səmada qəribə görüntü yaradıb. Belə ki, şəhərin mərkəzində buludlar aşağıya doğru çəkərək kanal effekti yaradıblar. Göyüzündəki bu qəribə görüntünü çəkən yerli sakinlər görüntüləri internetə yerləşdiriblər. Bu fotolar sosial şəbəkələrdə də sürətlə yayılmağa başlayıb. Buludlar bu formada gün batımı bitənə kimi qalıb.
Mənbə: ANS PRESS