Qadin.NET / Ermənistan nüvə silahı yaradır?

Ermənistan nüvə silahı yaradır?

 

Ermənistan nüvə silahı yaradır?

Rəsmi İrəvan bir qarın çörək üzündən öz respublikasını tərk etməyə məcbur olan bədbəxt erməni xalqının başını yeni nağıllarla qatmaq istəyir. 
ANS PRESS-in məlumatına görə, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində dinc azərbaycanlılara qarşı soyqırım törətdikdən sonra Ermənistanda hakimiyyəti ələ keçirmiş “Qarabağ” klanı indi də ortaya nüvə silahı yaratması barədə xəbər atıb. Təsadüfi deyil ki, bu xəbəri bazara klanın mirzəsi Levon Melik-Şahnazaryan buraxıb. “Qolos Armenii” saytında məqalə yazmış Melik-Şahnazaryan Azərbaycanın artan hərbi qüdrətinin qarşısında duruş gətirmək üçün Ermənistanın mütləq nüvə silahı yaratmasını vacib sayır. 
Bunun üçün Ermənistanda yetərincə elmi potensial olduğunu iddia edir. Ermənistanın Viktor Hambarsumyan, Alixanyan qardaşları kimi böyük alimlərinin olduğunu xatırladır. Elə bu fakt samilərə məxsus J1 genini daşıyan Melik-Şahnazaryan ailəsinin təmsilçisinin erməni mühitindən çox aralı olduğunu ortaya çıxarır. Əvvəla, Viktor Hambarsumyan astronom idi. Tiflisli Alixanyan qardaşları nüvə sahəsində çalışsalar da, onlar Ermənistan elminin yox, Rusiya elminin təmsilçiləri idi. Dünyasını dəyişmiş bu alimlər hətta sağ olsa idilər belə, Ermənistanda nüvə silahı yarada bilməzdilər. Çünki bunun üçün böyük pullar lazımdır ki, o da Ermənistanda yoxdur. Hətta ermənilərin pulu olsa belə, böyük qardaşları olan ruslar onlara bu addımı atmağa imkan verməzlər. Ermənilər olsa-olsa Metsamor AES-i partlada bilərlər. 
Gəncədə anadan olmuş və Özbəkistanda böyümüş Levon təbii ki, bu məsələləri bilmir. Çünki rusca oxuyub, evində türk fellərindən, türk, fars, ərəb və qismən də erməni isimlərindən ibarət bir şivədə (Qarabağ şivəsində) danışıb ki, onu heç cür erməni dili saymaq olmaz. Sadəcə, bazara maraqlı yalan buraxır ki, “Qarabağ” klanının biçarə erməni xalqına bəxş etdiyi aclığı və səfaləti bir qədər unutdursun. 
Nə bilmək olar? Bəlkə də, Levon Melik-Şahnazaryan öz yalanlarına özü də inanır. Amma Levonun çox yaxşı başa düşdüyü dilimizdə bir atalar deyimi var: “Ac toyuq yuxusunda darı görər”. 

 

Mənbə: ANS PRESS

11 mart 2015
GO BACK