Azərbaycan yığmasının üzvü Cavid İmamverdiyev “Elazığspor” klubunun heyətindən kənarlaşdırılıb. Apasport.az saytının Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, baş məşqçi Ümit Özat həmyerlimizi komandasında görmək istəməyib.İstefası klub rəhbərliyi tərəfindən qəbul edilməyən Özat 3 futbolçunun adını “qara siyahı”ya salıb.İmamverdiyevlə yanaşı, kapitan Fabio Bilika və Franko Kangele də komandadan kənarlaşdırılıblar. Bu qərarını televiziya proqramlarından birinə telefonla bağlanan Özatın özü açıqlayıb.Üç futbolçunun “Elazığspor”dan uzaqlaşdırılması futbol ictimaiyyətini və azarkeşləri əməlli-başlı təəccübləndirib. Bir qrup fanat Özatın baş məşqçi olduğu müddətdə “Elazığspor”un oyunlarına getməyəcəyini bildirib. Azarkeşlər Cavid də daxil olmaqla, hər 3 futbolçunun qovulma səbəbini tələb ediblər.
Mənbə: Milli.Az