222,3 kq çəkisi olan 26 yaşlı Lyan Yun pəhriz saxlamağa və idman etməyə başlayandan sonra arıqlayıb. İndi o, 82,6 kiloqram çəki itirib.Çinin ən kök adamı kimi adı Ginnesin Rekordlar Kitabına düşən Lyan Yuna həkimlər aylar əvvəl bildirmişdilər ki, təcili şəkildə arıqlamağa başlamasa, ölə bilər.Milli.Az Xinhua-ya istinadən bildirir ki, Lyan bundan sonra da arıqlayacağını bildirib.
"Həkimlər məni xəstəxanaya araba ilə gətirmişdilər. Çox ağırdım. Çinin ən ağır, kök adamı sayılırdım. Amma iradəli davrandım, pəhriz saxladım, idman etdim. Arıqladığıma sevinirəm. Fəqət, sürətlə arıqlamaq, dərimin sallaq qalmasını istəmirəm", - Lyan deyib.
Mənbə: Milli.Az