Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov Lent.az-a bildirib ki, bu, hər il keçirilən ənənəvi bayram tədbirlərindən biridir: “Tədbir Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçiriləcək. Atəşfəşanlığın da həmin gün olması nəzərdə tutulub”.Xatırladaq ki, hər il martın 19-da Milli Park ərazisində Azərbaycan mədəniyyət və incəsənətinə dair nümunələr sərgilənir. İştirakçılar müxtəlif musiqi nömrələri ilə çıxış edir, qurulan süfrələrdə milli mətbəximizin dadlı təamları yer alır. Bayram çərçivəsində hər bir regionun məşhur məhsulu nümayiş olunur, bununla yanaşı, həmin məhsulların satışı da həyata keçirilir.
Mənbə: Milli.Az