Qadin.NET / TQDK yazılışa başladı

TQDK yazılışa başladı

 

TQDK yazılışa başladı

Sınaq imtahanlarına yazılış başladı. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından ANS PRESS-ə verilən məlumata görə, imtahan aprel ayının 5-də olacaq. Bu gündən TQDK tərəfindən abituriyentlər üçün ilk sınaq imtahanı keçiriləcək. Həmin imtahanda iştirak etmək üçün qeydiyyat başlayıb. 
Qeyd edək ki, sınaq imtahanlarına yazılış yalnız internet vasitəsilə şəxsiyyət vəsiqəsindən və TQDK-nın ödəmə kartından istifadə olunmaqla aparılır. Ödəmə kartını internet ödəmə vasitəsilə və ya bütün mobil operatorlardan 7735 nömrəsinə boş sms göndərməklə əldə etmək olar.
Xatırladaq ki, qəbul imtahanı (əvvəlki illərin məzunları)- II və III qruplar üzrə 17 may, I və IV qruplar üzrə 24 may, cari ilin məzunları üçün I və IV qruplar üzrə 14 iyul , II və III qruplar üzrə 25 iyulda olacaq.

 

Mənbə: ANS PRESS

11 mart 2015
GO BACK