Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub.ANS PRESS-in Mərkəzi Banka istinadla verdiyi məlumata görə, 1 ABŞ dolları 1.0491-dən 1.0492-yə yüksəlib. Dollarla yanaşı, avronun da məzənnəsində dəyişiklik olub.Belə ki, 1 avro bir gündə 1.1327-dən 1.1208-ə düşüb.
Avro və dollarla yanaşı, Rusiya rublunun kursunda da dəyişiklik olub. Ötən gün 0.0173 olan 1 rublun bu günə məzənnəsi 0.0168 olaraq müəyyən olunub.
Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi.
Mənbə: ANS PRESS