Qadin.NET / Avropanın yeni valyuta qorxusu

Avropanın yeni valyuta qorxusu

 

Avropanın yeni valyuta qorxusu

Funt sterlinqin qiyməti avroya nisbətdə son yeddi ildə ən yüksək həddə çatıb.
ANS PRESS-in xəbərinə görə, bu barədə Avropa Mərkəzi Bankı məlumat yayıb.
Bankdan bildirilib ki, hazırda 1 funt sterlinq – 1, 40 avrodur. Bu, Böyük Britaniya turistlərinin Avropa kurort və sanatoriyalarına ziyarətlərini 15 faiz ucuzlaşdırıb.
Ekspertlərin fikrincə, funt sterlinqin bahalaşması Yunanıstanın kredit üzrə borclarını qaytarmaq istəməməsi ilə əlaqədardır. 
Hollandiyanın maliyyə naziri Ceroen Dicsselbloem bununla bağlı Afina ilə aparılan danışıqlarda irəliləyişin çox az əldə olunduğunu söyləyib.

 

Mənbə: ANS PRESS

11 mart 2015
GO BACK