Qadin.NET / Yaponların növbəti möcüzəsi

Yaponların növbəti möcüzəsi

 

Yaponların növbəti möcüzəsi

Yapon alim Kazye Yamaqaşi şəxsi gigiyena sferasında inqilabi ixtira edib.
ANS PRESS-in məlumatına görə, onun icad etdiyi xüsusi diş pastasının köməkliyi ilə stomatoloq olmadan dişlərdəki deşik və çatları tez və ağrısız bağlamaq, eləcə də diş emalını bərpa etmək mümkündür.
Məcun tərkibinə görə analoji diş məcunudur və bilavasitə onu dişdəki deşiklərə çəkmək olar. Bu materialı dişlərin əsas komponenti sayılan hidroksil - apatitlə eksperimentin nəticəsindən alınıb. 
Əvvəlcə, bu pastanın tərkibindəki kislota çatlanmış emalın üstünü yüngülcə yumşaldır. Lakin, 3 dəqiqədən sonra pasta kristalllaşır və süni material möhkəmcə təbii emalın tərkibinə qarışır. Bundan əlavə, bu yaxşı antibakterial vasitədir. 
Yapon stomotoloqların apardığı testlər göstərir ki, bu pastanın köməyi ilə müalicə edilmiş diş, heç bir şeylə sağlam dişdən fərqlənmir. Fərq mikraskop altında belə nəzərə çarpmır.

 

Mənbə: ANS PRESS

11 mart 2015
GO BACK