Qadin.NET / Ucuz məhsulları buradan ala bilərsiniz

Ucuz məhsulları buradan ala bilərsiniz

 

Ucuz məhsulları buradan ala bilərsiniz

14-19 mart tarixlərində paytaxtda Novruz bayramı yarmarkaları keçiriləcək.
ANS TV-nin məlumatına görə, Novruz bayramı ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, eləcə də Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda kənd təsərrüfatı məhsullarının satış yarmarkaları keçiriləcək. 14-19 mart tarixlərində baş tutacaq yarmarkanın məqsədi paytaxt sakinlərinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan tələbatını dolğun ödəməkdir. Eyni zamanda istehlakçıların seçim imkanlarını artırmaq, süni qiymət artımının və möhtəkirliyin qarşısını almaqdır.
Bayram yarmarkaları ümumilikdə paytaxtın 7 əsas rayonunda təşkil olunacaq. Onlardan biri də Nərimanov rayonu, “Gənclik” metro stansiyası yaxınlıqdakı yarmarkadır. Paytaxt sakinləri burdakı məhsulları bazar qiymətlərindən 20-30% ucuz ala bilərlər.
Artıq yarmarkaların keçiriləcəyi ünvanların adı da bəllidir. Hər il olduğu kimi bu il də Xətai rayonu M.Hadi küçəsi, Yasamal rayonu Şərifzadə küçəsi, Nəsimi rayonu Təzə bazar MMC, Səbail rayonu Badamdar qəsəbəsi, Suraxanı rayonu Yeni Günəşli və digər ünvanlarda ucuz yarmarkalar təşkil olunacaq.
Qiymətlərə gəlincə paytxat sakinləri bayram süfrəsi üçün zəruri olan məhsulla yarmarkalardan çox ucuz qiymətə əldə edə biləcəklər. Belə ki, quş ətini 2,40 - 2,80 qəpiyə, mal ətini 5 - 5,50 qəpiyə, qoyun ətini 6 manata, yumurtanı bir ədədini 5 - 7 qəpiyə, qoz və fınıdığı 4 - 5 manata, almanı 50 - 1 manata, narı 1 - 1,50 qəpiyə, kələmi isə 80 qəpiyə əldə edə biləcəklər.
Kənd təsərrüfatı nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevin sözlərinə görə, yarmarkaların mütəşəkkil keçirilməsi üçün nazirliyin məsul işçilərindən ibarət işçi qrupları yarmarkalara təhkim olunacaq. Onlar satılan məhsulların keyfiyyətinə, istehlak üçün yararlı və təhlükəsiz olmasına, qiymətlərin tənzimlənməsinə nəzarət edəcək.
“Süni qiymət artımına yol verən möhtəkirlə dərhal ərazidə uzaqlaşdırılacaqlar. Əgər istehlakçılar süni qiymət artımı faktları ilə qarşılaşarlarsa, onda “16 52” xidmətinə zəng edib məlumat verə bilərlər. Qeyd edim ki, hər bir məhsulun qiyməti yarmarkanın qarşsındakı quraşdırılan lövhədə öz əksini tapacaq”, - deyə Murtuzəli Hacıyev vurğulayıb.
Satışa çıxarılan bitki və heyvan mənşəli məhsullar fitosanitar və baytarlıq nəzarətindən keçiriləcək. Müayinələrin vaxtında aparılması üçün yarmarkalar səyyar avtolaboratoriyalar ilə təmin olunacaq.

 

Mənbə: ANS PRESS

11 mart 2015
GO BACK