Qadin.NET / Gürcüstan müsəlmanları telekanal açdı

Gürcüstan müsəlmanları telekanal açdı

Gürcüstan müsəlmanları telekanal açdı
Bütün Gürcüstan Müsəlmanları İdarəsinin (BGMİ) nəzdində yaradılmış internet televiziyası www.müslimmedia.ge saytı üzərindən fəaliyyətə başladı. 
ANS PRESS-in məlumatına görə, bu barədə BGMİ-nin sədri azərbycanlı şeyx Ramin İgidov sosial şəbəkədəki səhifəsində bəyanat yayıb. 
Bəyanatda bildirilir ki, layihənin rəhbəri Məşədi Vidadi Qurbanovdur. Layihə rəhbəri bildirib ki, silsilə xarakter daşıyacaq verilişlər dinə və cəmiyyətə xidmət məqsədi daşıyır: 
“Verlişlər silsilə xarakter daşıyacaq və çalışılacaq ki, verlişlərində mütəmadi olaraq cəmiyyətimizi dini, mənəvi zəmində maraqlandıran daha aktual mövzulara yer ayırılsın, Gürcüstanda keçirilən tədbirlər yayımlansın. Ümid edirik ki, bu vasitə ilə maarifləndirmə və məlumatlandırma sahəsində dinimizə və cəmiyyətimizə az da olsa xidmət etmiş olarıq”. 
Layihə rəhbərliyi ilkin çəkilişlər səbəbindən yaranacaq müəyyən texniki nasazlıqlara görə üzr istəyib, tamaşaçıların rəy və təklifləri ilə kanalı gün-gündən təkmilləşdirəcəklərini qeyd edib. 

Mənbə: ANS PRESS

11 mart 2015
GO BACK