Qadin.NET / ABŞ Rusiyaya maliyyə yardımını dayandırıb

ABŞ Rusiyaya maliyyə yardımını dayandırıb

 

ABŞ Rusiyaya maliyyə yardımını dayandırıb

Birləşmiş Ştatlar artıq Rusiya hökumətinə maliyyə yardımı göstərmir.
ANS PRESS-in məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki bəyan edib. 
Xanım Psaki deyib ki, “biz ortaq maraq kəsb edən məsələlərdə Rusiya hökuməti ilə təmaslar qurmaqda davam edirik, lakin bizim xarici yardım büdcəmizdə artıq Rusiya bəndi yoxdur”.
Psaki izah edib ki, nüvə silahının yayılmaması da daxil olmaqla bəzi mühüm proqramların maliyyələşdirilməkdə davam edir, lakin bu, hökumətə göstərilən yardım sayılmır.
Bununla yanaşı, Dövlət Departamenti peşəkar mübadilə proqramına da pul buraxılmasını dayandırmayıb, çünki burada söhbət Rusiya hökumətindən yox, konkret namizədlərdən gedir.
Qeyd edək ki, ABŞ Rusiyadan başqa 50-dək ölkəyə uzunmüddətli maliyyə yardımı göstərir. Son 20 ildə 5 keçmiş sovet respublikası ABŞ-dan 2 milyard dollardan artıq yardım alıb.
Rusiya 2011-ci ildə ABŞ-dan 186 milyon, 2012-ci ildə 100 milyon, 2013-cü ildə cəmi 20 milyon dollar yardım almışdı. 2014-cü ildən isə bütün yardımlar dayandırılıb.
Bu arada Rusiya öz növbəsində 2012-ci ildə ölkədə USAİD təşkilatının fəaliyyətini dayandırıb. Moskva iddia edirdi ki, ABŞ qrantlar vasitəsilə ölkədəki siyasi proseslərə təsir göstərməyə çalışır.

 

Mənbə: ANS PRESS

11 mart 2015
GO BACK