Qadin.NET / Avropa Oyunlarının kiber-təhlükəsizliyi üçün tədbirlər artırılıb

Avropa Oyunlarının kiber-təhlükəsizliyi üçün tədbirlər artırılıb

Avropa Oyunlarının kiber-təhlükəsizliyi üçün tədbirlər artırılıb
I Avropa Oyunlarına artıq 93 gün qalır. Bu oyunların əhəmiyyətini nəzərə alıb, sakinlərin və gələn qonaqların təhlükəsizliyini, eyni zamanda edilə biləcək müxtəlif yönümlü təxribatların qarşısını almaq üçün dövlət tərəfindən tədbirlər görülməsi davam edir. Bu istiqamətdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində yaradılan Elektron Təhlükəsizlik Mərkəzi də, ölkənin veb resurslarının təhlükəsizliyini xarici müdaxilələrdən qorumaq üçün qabaqlayıcı addımlar atır. Mərkəzdən verilən məlumata görə, ölkə üzrə bütün mövcud “İP”lərdə təhlillər aparılır. Komüterlərin ziyanverici proqramlara yoluxduğu, xarici və ya daxili veb resurslara hansı kompüterlər vasitəsilə hücümların həyata keçirildiyi müəyyə edilir. Sonra isə internet provayderlərə bu barədə məlumatlar göndərilir.
“Ölkədə mövcud olan veb resurslar üzrə tenderlər aparılır. Hansılarda ki, kiber təhlükəsizliklə bağlı boşluqlar varsa, həmin boşluqlar müəyyən olunur. Və nəticələr həmin veb resursların sahiblərinə bildirilir, problemlərin aradan qaldırılması üzrə tövsiyələr verilir “, – deyə mərkəzin əməkdaşı Leyla Əliyeva bildirib.
Eyni zamanda ölkədə internet trafikinə cavabdeh olan təşkilatın da ümumi internet trafikinə gələ biləcək kiber hücumları nəzərə alaraq müəyyə həll üsullarının görüldüyü də bildirilir. 
Xatırladaq ki, kiber təhlükəsizliyin təmin edilməsilə bağlı görülən işlər təkcə Elektron Təhlükəsizliyi Mərkəzi tərəfindən deyil, Xüsusi Dövlət Mühafizə Xidmətinin İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi tərəfindən də təmin edilir. Bundan başqa bu oyunların əhəmiyyəti nəzərə alınaraq bunun üçün digər təşkilatlardan da mütəxəssislər cəlb olunub.
Mənbə: ANS PRESS

11 mart 2015
GO BACK