Qadin.NET / Wi-Fi və LTE birləşir

Wi-Fi və LTE birləşir

 


Alcatel-Lucent şirkəti mobil texnologiyaların Wi-Fi şəbəkəsi ilə sıx əlaqədə işləyəcək Unifikasiya edilmiş simsiz şəbəkələr (Wireless Unified Networks) strategiyasının tətbiqinə başlayıb.Bununla şirkət şəbəkələrin buraxılış qabiliyyətini kəskin yüksəltmək, səs və məlumatların ötürülmə keyfiyyətini yaxşılaşdırmaq və əhatə dairəsinin pis olduğu regionlarda videotrafikdən istifadəni artırmaq niyyətindədir.Milli.Az İCT nevs-a istinadən bildirir ki, yeni hibrid yanaşma operatorlara mobil və Wi-Fi şəbəkələri istifadəsi hər yerdə - evdə, ofisdə, küçədə, binalarda mümkün olan unifikasiya edilmiş bir şəbəkədə birləşdirməyə imkan verəcək. Nəticədə operatorlar son istifadəçilərin qoşulma üsulundan asılı olmayaraq daha sürətli və mühafizəli şəbəkələr qura biləcəklər.Alcatel-Lucent şirkətinin vitse-prezidenti Mayk Şabel deyib ki, istehlakçı baxımından bütün bunlar hamısı sadəcə simsiz şəbəkə olmalıdır. Unifikasiya edilmiş simsiz şəbəkələr artıq mövcud olan Wi-Fi və mobil şəbəkələr sayəsində mühüm addım atmağa və istifadəçilərə evdə, işdə və dolmuş şəbəkələrdə işini köklü şəkildə dəyişməyə imkan verərək onları yüksək məhsuldarlığa malik vahid şəbəkədə birləşdirəcək.Şirkət LTE şəbəkəsindən və lisenziyalaşdırılmamış tezliklərdən istifadə edəcək.

 

Mənbə: Milli.Az
10 mart 2015
GO BACK