Google şirkəti modulyar smartfon, Blocks şirkəti modulyar ağıllı saatlar üzərində işləyir. Bəs modulyar planşetlər üzərində hansı şirkət işləyir? İspaniyanın ImasD şirkəti Click Arm One adlı dünyanın ilk modulyar planşeti üçün ilkin sifarişlərin qəbuluna başlayıb. Cihaz 10 düymlük ekranla təchiz edilib.Milli.Az İCT nevs-a istinadən bildirir ki, ilkin sifariş etmiş ilk alıcılar 289 avro ödəməklə Click Arm One modulyar planşetinə sahib ola bilərlər. Planşetin adındakı ARM sözü Advanced Removable Modules kimi izah edilir və eyni adlı mikroçip istehsalçısı ilə heç bir əlaqəsi yoxdur. Planşetlərin birinci partiyası məhdud sayda buraxılacaq.İstifadəçilər yalnız modulları deyil, həmçinin üç əməliyyat sistemindən (Tizen, Android və ya Ubuntu) birini seçə biləcək. Əgər istifadəçi təsadüfən planşetin ekranını sındırsa, onu asanlıqla yenisi ilə dəyişmək mümkün olacaq. Həmçinin 1280x800 nöqtə təsvir ölçülü cari ekranı başqa böyük təsvir ölçülü ekranla əvəz etmək mümkün olacaq.