Qadin.NET / O gün dünya Bakını izləyəcək

O gün dünya Bakını izləyəcək

 

O gün dünya Bakını izləyəcək

Paytaxtımızda keçiriləcək ilk Avropa Oyunlarının məşəlinin alovlandırılacağı tarix açıqlanıb. Bundan əlavə yarışın məşəlinin hansı şəhərlərdən keçəcəyi də bəlli olub.ANS TV-nin məlumatına görə, bu barədə Avropa Oyunları Əməliyyat Komitəsinin Korporativ direktoru Elçin Səfərov məlumat verib.
“Aprelin 5-də Bakı şəhərindən alov götürülərək Naxçıvan, Gəncə daxil olmaqla bütün region boyu gəzdiriləcək. Eyni zamanda bəzi rayonlarda, hətta festivalların da keçirilməsi nəzərdə tutulub. Paytaxtımızda keçiriləcək ilk Avropa Oyunlarına qədər məşəlin keçəcəyi marşurut artıq dəqiqləşdirilib. Hazırda məşəli daşıyacaq şəxslərin kimliyinə gəlincə isə bu barədə danışıqlar gedir. Onların siyahısı yaxın günlərdə ictimaiyyətin diqqətinə çatdırılacaq”, – deyə Elçin Səfərov qeyd edib. 

 

Mənbə: ANS PRESS

10 mart 2015
GO BACK