Əmlak Məsələləri Dövlət Komitəsi 3 yeni mobil xidmətini ictimaiyyətə təqdim edib. Bu xidmətlər eyni nömərəyə sms göndərməklə müxtəlif məlumatların əldə edilməsini nəzərdə tutur. Xidmətlərdən istifadə qaydaları bu gün vətəndaşlara izah olunub.ANS TV-nin verdiyi məlumata görə, Əmlak Məsələləri Dövlət Komitəsinin vətəndaşlara təqdim etdiyi hər 3 xidmətdən 9193 nömrəsinə sms göndərməklə faydalanmaq olar. Bunlardan birincisi daşınmaz əmlakla bağlı müraciətin icrası vəziyyətinin öyrənilməsidir.Vətəndaş öz müraciət nömrəsini sms-lə 9193-ə yollayaraq onun hansı mərhələdə olmasını öyrənir.İkincisi, xidmət haqqının məbləğidir ki, bu halda da vətəndaş müraciət kodunu həmin nömrəyə göndərməklə öz müraciətinə cavab ala bilər. 9193 nömrəsi həm də icarə borcu haqda məlumatları təqdim edəcək.Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov bildirdi ki, komitə bölgələrdə daşınmaz əmlaka dair çıxarışların kütləvi təqdim olunması kampaniyasını da davam etdirəcək. Əgər əvvəllər bu xidmətdən yalnız sağlamlıq imkanı məhdud, yaşlı insanlar istifadə edirdilərsə, indi bütün kateqoriyalar yararlana biləcək.
Mənbə: ANS PRESS